​Sloveniya xalqı referendumda eynicinsli nikahlara qarşı səs verib

​Sloveniya xalqı referendumda eynicinsli nikahlara qarşı səs verib Əhalinin əksəriyyəti qanun layihəsinin əleyhinə çıxıb
Digər ölkələr
21 Dekabr , 2015 03:34
​Sloveniya xalqı referendumda eynicinsli nikahlara qarşı səs verib

Bakı. 21 dekabr. REPORT.AZ/ Sloveniyada keçirilən ümummilli referendumda əksəriyyət 63,12 faiz səs çoxluğu ilə ölkədə eynicinsli nikahların tətbiqinə qarşı çıxıb.

"Report" xəbər verir ki, bu barədə Sloveniyanın Dövlət Seçki Komissiyasına istinadən AFP məlumat yayıb.

Müvafiq qanun layihəsinin tərəfdarları səslərin yalnız 38,88 faizini toplaya biliblər.

Səsvermədə seçicilərin 35,65 faizi iştirak edib. Lakin referendumun nəticəsini qanuni hesab etmək üçün lazım olan 20 faizlik minimum həddə nail olunub. 

Son xəbərlər

Orphus sistemi