Yuxarı

Slovakiyanın xarici işlər naziri istefa verib

Slovakiyanın xarici işlər naziri istefa verib

Bakı. 30 noyabr. REPORT.AZ/ Slovakiyanın xarici işlər naziri Miroslav Layçak istefa verib.

“Report” “Anadolu” agentliyinə istinadən bildirir ki, nazir bu addımı ölkə parlamentinin BMT-nin miqrasiyaya dair müqaviləsinə qoşulmaqdan imtina etməsinə etiraz olaraq atıb.

Slovakiyanın qanunverici orqanı BMT-nin miqrasiya haqqında müqaviləsinə qoşulmağa qarşı çıxıb. Ölkə parlamentinin 150 deputatından 90-ı sənədin əleyhinə səs verib.

Bir müddət əvvəl Mirslav Layçak bildirmişdi ki, Slovakiya bu müqaviləyə qoşulmasa istefa verəcək.

Qeyd edək ki, ABŞ, Macarıstan və Avstriya da BMT “Ümudünya miqrasiyanı tənzimləmə paktı”na qoşulmayacağını açıqlayıb. Mərakeş isə 2018-ci il dekabrında sənədi qəbul etməyi planlaşdırır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi