Yuxarı

Skripalın həkimləri onun və qızının sağalacağına inanmayıblar

Bakı. 29 may. REPORT.AZ/ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey və qızı Yuliya Skripalın həkimləri pasiyentlərinin Britaniyada, Solsberidə zəhərlənməsindən sonra sağ qalacağına inanmayıblar.

"Report" xəbər verir ki, bu barədə həkimlər "BBC"-ə bildiriblər.

"Biz ilk dəfə bunun əsəb-iflic zəhərlənməsi olduğunu bildikdə onların sağalmayacağını düşündük. Bütün müalicə metodlarından istifadə etdik", - deyə Solsberidəki İntensiv Terapiya Xəstəxanasının həkimi Stiven Cuks "The Telegraph"a bildirib.

Onun sözlərinə görə, həkimlər zərərçəkənlərə ən yaxşı tibbi yardım göstəriblər. Lakin hər şey Skripalların sağalmayacağını göstərib.

Daha əvvəl Yuliya Skripal zəhərlənmədən sonra ilk dəfə videomüraciət yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi