Sinqapurun hava məkanından uçuşlara məhdudiyyət qoyulacaq

Sinqapurun hava məkanından uçuşlara məhdudiyyət qoyulacaq Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı xəbərdarlıq edib
Digər ölkələr
6 İyun , 2018 19:04
Sinqapurun hava məkanından uçuşlara məhdudiyyət qoyulacaq

Bakı. 6 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında zirvə görüşü zamanı Sinqapurun hava məkanının bir qismi uçuşlar üçün bağlı olacaq.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı bununla bağlı xəbərdarlıq edib.

Bildirilib ki, iyunun 11, 12 və 13-ü tarixlərində ABŞ-a aid Paya Lebar hava bazası və ətrafı mülki uçuşlara bağlı olacaq.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya liderinin görüşü olacaq.

Son xəbərlər

Orphus sistemi