Sinqapurda karantin rejimini pozanlar cəzalandırılacaq

Sinqapurda karantin rejimini pozanlar cəzalandırılacaq Sinqapur hökuməti Çindən qayıdan ölkə vətəndaşlarını ev karantini rejimində qalmayacaqları təqdirdə cəzalandıracaq.
Digər ölkələr
18 Fevral , 2020 12:29
Sinqapurda karantin rejimini pozanlar cəzalandırılacaq

Sinqapur hökuməti Çindən qayıdan ölkə vətəndaşlarını ev karantini rejimində qalmayacaqları təqdirdə cəzalandıracaq.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Fevralın 18-də yerli vaxtla saat 23:59-da qüvvəyə minəcək yeni sərəncam Çindən qayıdanların 14 gün ərzində ev karantinini tərk etməsinə qadağa qoyur.

Bu qərar yeni növ koronavirusun (COVID-2019) yayılması təhlükəsi səbəbi ilə qəbul edilib.

Karantin rejiminə əməl etməyənləri 6 aya qədər həbs cəzası, həmçinin 10 min Sinqapur dollarınadək (təxminən, 7,2 min ABŞ dolları) cərimə gözləyir. Xarici vətəndaşlar üçün isə qaydalara itaətsizlik işdən qovulma və deportasiya ilə nəticələnəcək.

Son xəbərlər

Orphus sistemi