​Sinqapur prezidenti parlamenti buraxıb

​Sinqapur prezidenti parlamenti buraxıb Hakim Xalq Partiyası 50 ildir ölkəni idarə edir
Digər ölkələr
25 Avqust , 2015 14:15
​Sinqapur prezidenti parlamenti buraxıb

Bakı. 25 avqust. REPORT.AZ/ Sinqapurun baş naziri Li Syanlunun təklifi əsasında ölkə prezidenti Toni Tan parlamentin buraxılması haqda qərar qəbul edib. 

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Ölkə qanunvericiliyinə uyğun olaraq, parlament buraxıldığı gündən sonra 3 ay ərzində yeni seçkilər keçirməlidir.

Sinqapur əhalisi immiqrasiya, bahalıq, iqtisadi inkişafın zəifləməsinə etiraz edir. Bu kimi problemlərə baxmayaraq, baş nazir Li Syanlun seçkidə namizədliyini irəli sürmək niyyətindədir.

Qeyd edək ki, hakim Xalq Partiyası 50 ildir Sinqapuru idarə edir. Müxalifət bir cəbhədə çıxış edə bilmədiyindən hakim partiyanın parlamentdə üstünlük qazanacağı gözlənilir.

Məlumata əsasən, bu seçkidə ilk dəfə olaraq, baş nazirin atası Li Kuan Yu siyasi kampaniyanın nəticələrinə təsir edə bilməyəcək. Li Kuan Yu 1959-cu ildə Sinqapur müstəqillik əldə edəndən sonra 31 yaşında ilk baş nazir olub. O, Sinqapurun "iqtisadi möcüzəsi"nin qurucularından sayılır. Li Kuan Yu bu il martın 23-də 91 yaşında vəfat edib. 

Son xəbərlər

Orphus sistemi