Sinqapur hökuməti KXDR-ABŞ sammitinin təşkilinə çəkilən xərci açıqlayıb

Sinqapur hökuməti KXDR-ABŞ sammitinin təşkilinə çəkilən xərci açıqlayıb Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında baş tutan ikigünlük görüşün təşkilinə Sinqapur 15 milyon ABŞ dolları sərf edib.
Digər ölkələr
13 İyun , 2018 16:47
Sinqapur hökuməti KXDR-ABŞ sammitinin təşkilinə çəkilən xərci açıqlayıb
Evan Vucci—AP
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla KXDR lideri Kim Çen In arasında baş tutan ikigünlük görüşün təşkilinə Sinqapur 15 milyon ABŞ dolları sərf edib.

"Report" CNBC-yə istinadən xəbər verir ki, bu barədə Sinqapur baş naziri Li Syanlun bildirib.

Bu məbləğə dövlət başçılarının Sentosa adasındakı dəbdəbəli "Capella" hotelində qalması, eləcə də təhlükəsizliyin təmin edilməsi və beynəlxalq mətbuat mərkəzinin yaradılması xərcləri daxildir.

Qeyd edək ki, Sinqapur həm KXDR, həm də ABŞ-la əlaqələr qurmuş azsaylı ölkələrdən biridir.

Son xəbərlər

Orphus sistemi