"Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb

"Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb Meteoroloqlar fırtınanın azı 17 milyon amerikalıya təhdid olduğunu bildirir
Digər ölkələr
22 İyun , 2017 15:44
Sindi tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb

Bakı. 22 iyun. REPORT.AZ/ "Sindi" tropik fırtınası ABŞ-ın cənub-şərq sahillərinə çatıb. 

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Qasırğa Xəbərdarlığı Mərkəzi (NHC) məlumat verib.

Meteoroloqlar fırtınanın azı 17 milyon amerikalıya təhdid olduğunu bildirir.

Hazırda "Sindi" Luiziana ştatının cənub-qərb hissəsindədir və saatda 20 kilometr sürətlə şimala doğru hərəkət edir, küləyin sürəti saatda 65 kilometrə çatır. Mərkəzin hesablamalarına görə, siklon sabah səhər saatlarında Arkanzas ştatına çata bilər. Bundan sonra isə fırtına şimal-şərq istiqamətinə - Tennessi və Kentucki ştatlarına doğru hərəkət edəcək.

Qeyd edək ki, "Sindi" Atlantikada iyundan dekabrın sonuna qədər davam edən fırtınalar mövsümündə ikinci siklondur.

Son xəbərlər

Orphus sistemi