Varşava gettosu üsyanının son iştirakçılarından biri ölüb

Varşava gettosu üsyanının son iştirakçılarından biri ölüb Bakı. 22 dekabr. REPORT.AZ/ Varşava gettosunda baş verən üsyanın son iştirakçılarından biri Simxa Rotayzer-Rotem İsraildə 94 yaşında dünyasını dəyişib.
Digər ölkələr
22 Dekabr , 2018 23:32
Varşava gettosu üsyanının son iştirakçılarından biri ölüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Varşava gettosunda baş verən üsyanın son iştirakçılarından biri Simxa Rotayzer-Rotem İsraildə 94 yaşında dünyasını dəyişib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın "Onet"in informasiya portalı bildirib.

Uşaqlıqda və gənclikdə Şimon Rotayzer adını daşıyan Simxa Rotayzer-Rotem İkinci Dünya müharibəsi dövründə yəhudilərin döyüş təşkilatının fəaliyyətində iştirak edib. O, təşkilatın tapşırığı ilə tərəfdarların təxliyyəsinə yardım göstərib. 1944-cü ildə Varşava üsyanı dövründə Rotayzer Polşa Lyudova Ordusu sıralarında vuruşub.

Müharibədən sonra Şimon İsraildə mühacirət edib və adını Simxa Rotayzer-Rotem olaraq dəyişdirib. Daha sonra o Varşavanın fəxri vətəndaşı olub və Polşanın "Dirçəliş" Ordeni ilə mükafatlandırılıb.

Varşava gettosu işğal olunmuş Avropada müharibə dövründə ən böyük qapalı yəhudi rayonu olub. 1941-ci ilin martında onun əhalisinin sayı öz maksimum həddə 460 min nəfərə çatıb.

Qeyd edək ki, üsyan amansızlıqla yatırılıb və Hitler gettonu yerlə yeksan etmək barədə göstəriş verib. Xatırladaq ki, İkinci Dünya müharibəsində 6 milyon yəhudi öldürülüb.

Son xəbərlər

Orphus sistemi