Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün İsrailin keçmiş prezidenti Şimon Peresin ürəyində cərrahiyyə əməliyyatı ediləcək.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu haqda keçmiş dövlət başçısının ofisindən bildirilib.
İnfromasiyaya əsasən, onun ürəyinə kardio-stimmulyator (ürəyin fəaliyyətini tənzimləyən kiçik qurğu) quraşdırılcaq.
Məlumata görə, Şemon Peres sentyabrın 6-da xətəxanadan çıxarılacaq.
Bu il iyulun 29-da keçmiş dövlət başçısı özünü pis hiss edib. Həkim Şemon Peresə ürək ritminin pozulması diaqnozunu qoyub. Həmin vaxt keçmiş prezident xəstəxanaya yerləşdirməyib.
Avqustun 2-də onun 93 yaşı tamam olub.