Şimali və Cənubi Koreya oktyabrın 26-da hərbi danışıqlar keçirəcək

Şimali və Cənubi Koreya oktyabrın 26-da hərbi danışıqlar keçirəcək Bakı. 22 oktyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya generallar səviyyəsində hərbi danışıqlar aparmaq üçün vaxt təyin ediblər. Danışıqlar oktyabrın 26-da Phammuncom sərhəd məntəqəsində keçiriləcək.
Digər ölkələr
22 Oktyabr , 2018 09:51
Şimali və Cənubi Koreya oktyabrın 26-da hərbi danışıqlar keçirəcək
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya generallar səviyyəsində hərbi danışıqlar aparmaq üçün vaxt təyin ediblər. Danışıqlar oktyabrın 26-da Phammuncom sərhəd məntəqəsində keçiriləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə Cənub və Şimalın birgə hərbi komissiyasının yaradılması və işi, hərbsizləşdirilmiş zonada 1950-1953-cü illərdəki Koreya müharibəsində ölmüş əsgərlərin qalıqlarının birgə axtarışı üzrə təkliflərin müzakirə olunacağı güman edilir.

Qeyd edək ki, KXDR nümayəndə heyətinə general-mayor An İk San başçılıq edəcək, Koreya Respublikasını isə general-mayor Kim Do Qyun təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi