Şimali və Cənubi Koreya liderləri arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB

Şimali və Cənubi Koreya liderləri arasında danışıqların ilk günü başa çatıb - YENİLƏNİB Bakı. 18 sentyabr. REPORT.AZ/ Pxenyan şəhərində Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çe İn arasında rəsmi danışıqların ilk günü başa çatıb.
Digər ölkələr
18 Sentyabr , 2018 14:05
Şimali və Cənubi Koreya liderləri arasında danışıqların ilk günü başa çatıb  - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Pxenyan şəhərində Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Çe İn arasında rəsmi danışıqların ilk günü başa çatıb. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, zirvə görüşünün Seuldakı Mətbuat mərkəzindən jurnalistlərə bildiriblər ki, danışıqların sabah, yəni çərşənbə günü davam etdiriləcəyi gözlənilir. 


*** 12:07

Koreya Respublikasının Prezidenti Mun Çje İn və Koreya Xalq Demokratik Respublikasının (KXDR) sədri Kim Çen In arasında Pxenyanda birbaşa danışıqlar başlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Koreya sammiti sentyabrın 20-dək davam edəcək.

Daha əvvəl Mun Çje İn Administrasiyasının yaydığı məlumata görə, tərəflər KXDR ilə ABŞ arasındakı dialoqun yenidən başlamasının mümkünlüyünü, bununla bağlı Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsi, eləcə də təhlükəsizlik sahəsindəki problemləri müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi