Şimali Osetiyanın rəhbəri vəfat edib

Şimali Osetiyanın rəhbəri vəfat edib Moskvada müalicə alan Tamerlan Aquzarov pnevmoniyadan əziyyət çəkirdi
Digər ölkələr
19 Fevral , 2016 14:03
Şimali Osetiyanın rəhbəri vəfat edib

Bakı. 19 fevral. REPORT.AZ/ Şimali Osetiyanın rəhbəri Tamerlan Aquzarov 53 yaşında vəfat edib. Moskvada müalicə alan ölkə rəhbəri pnevmoniyadan əziyyət çəkirdi.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

"O, uzun zaman xəstə olub, uzun illər ərzində xəstəliklə mübarizə aparıb", - respublika rəhbəri administrasiyasından yüksək vəzifəli məmur bildirib. 

 T.Aquzarov 13 sentyabr 2015-ci ildə respublikanın rəhbəri vəzifəsinə təyin olunub. 

İngilis versiyası North Ossetia leader dies

Son xəbərlər

Orphus sistemi