Yuxarı

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb
Dünya üçün əsas təhlükə odur ki, belə insanın əli nüvə düyməsinə çatır
© google

Bakı. 24 sentyabr. REPORT.AZ/ Şimali Koreyanın xarici işlər naziri Li Yon Xo BMT-nin tribunasında çıxış edərkən ABŞ prezidenti Donald Trampı "böyüklük" iddiası olan psixi xəstə adlandırıb və ona "nüvə düyməsini" tapşırmağın təhlükəli olduğunu söyləyib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündən razı birisi, böyüklük iddiası olan psixi xəstə, hansını ki, ABŞ-da "Bəla başkomandan", "yalançı kral" və "şeytan prezident" adlandırırlar, prezident vəzifəsini icra edir", - deyə o bildirib.

XİN rəhbərinin sözlərinə görə, dünya üçün əsas təhlükə ondan ibarətdir ki, belə bir insanın əli "nüvə düyməsinə" çatır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi