Şimali Koreyada ABŞ vətəndaşı saxlanılıb

Şimali Koreyada ABŞ vətəndaşı saxlanılıb Bu, son bir neçə ildə KXDR-də saxlanılan 3-cü Amerika vətəndaşıdır
Digər ölkələr
23 Aprel , 2017 11:21
Şimali Koreyada ABŞ vətəndaşı saxlanılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bu həftə Koreya Xalq Demokratik Respublikasında bilinməyən səbəbdən Koreya əsilli ABŞ vətəndaşı həbs olunub.

"Report" xəbər verir ki, bu iddia ilə hökumət mənbələrinə istinadən "Yonhap" agentliyi çıxış edib.

Qeyd olunur ki, təqribən 50 yaşı olan Kim soyadlı kişi ölkədən uçmağa hazırlaşdığı Pxenyan hava limanında saxlanılıb. Həmçinin məlumdur ki, amerikalı əvvəllər Çinin Yanbyan-Koreya muxtar dairəsindəki universitetlərdən birində dərs deyib. O, KXDR-də humanitar yardım həyata keçirən müxtəlif proqramlarda iştirak edib.

Bu, son bir neçə ildə Şimali Koreyada saxlanılan artıq 3-cü Amerika vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi