Şimali Koreyada 81 min nəfər "donuz qripi"nə yoluxub, 4 nəfər ölüb

Şimali Koreyada 81 min nəfər "donuz qripi"nə yoluxub, 4 nəfər ölüb Şimali Koreyanın Səhiyyə Nazirliyi vəziyətlə bağlı Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb
Digər ölkələr
29 Yanvar , 2018 10:01
Şimali Koreyada 81 min nəfər donuz qripinə yoluxub, 4 nəfər ölüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Şimali Koreyada “AH1N1” ("donuz qripi"də deyirlər) qrip virusu geniş miqyasda yayılıb.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatı Koreya Xalq Demokratik Respublikasının rəsmi qurumları yayıb.

Bildirilib ki, 2017-ci il dekabr ayının ortalarından 2018-ci il yanvarın 29-dək ölkədə 81 min nəfərin bu qripə yoluxması faktı qeydə alınıb. Qripə yoluxan 4 nəfər ölüb.

Şimali Koreyanın Səhiyyə Nazirliyi vəziyyətlə bağlı Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. 

Son xəbərlər

Orphus sistemi