Şimali Koreya yeni raket sınağına hazırlaşır

Şimali Koreya yeni raket sınağına hazırlaşır Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu, qitələrarası raketin, yoxsa orta mənzilli raketin sınağıdır.
Digər ölkələr
19 İyul , 2017 22:49
Şimali Koreya yeni raket sınağına hazırlaşır

Bakı. 19 iyul. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni raket sınağına hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-ın kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumat aldığı mənbə əmin deyil ki, bu qitələrarası raketin, yoxsa orta mənzilli raketin sınağıdır. 

Xatırladaq ki, KXDR iyun ayının 4-də "Xvason-14 raketinin sınağını keçirib. Həmin raketin 933 km məsafə qət etdiyi və 2802 km hündürlüyə qalxdığı söylənilirdi. Roketin ümumi uçuş vaxtı 39 dəqiqə olub. 

Son xəbərlər

Orphus sistemi