Bakı. 15 sentyabr. REPORT.AZ/ Şimali Koreya Yaponiya istiqamətində yeni raketin buraxılışını həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilir ki, raket yerli vaxtla saat 7.06-da (Bakı üzrə 02.06) Hokkaydo adası üzərindən keçib.
Yaponiya hakimiyyəti bir sıra şimal-şərq prefekturalarının sakinlərini sığınacaqlarda gizlənməyə çağırıb.