Bakı. 7 fevral. REPORT.AZ/ Şimali Koreya bu gecə peyk daşıyan uzaq mənzilli raketi orbitə buraxıb.
"Report"un RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, raketin buraxma anı Yaponiyanın Okinava adasında qeydə alınıb.
Şimali Koreya rəsmiləri raket buraxılışının uğurla həyata keçirildiyini bəyan ediblər.
Qeyd edək ki, ötən gün rəsmi Pxenyan orbitə peyk buraxmaq planı barədə Beynəlxalq Dəniz Təşkilatını və Beynəlxalq Telekommunikasiya İttifaqını məlumatlandırmışdı.