Şimali Koreya nüvə silahını birinci tətbiq etməməyə söz verib

Şimali Koreya nüvə silahını birinci tətbiq etməməyə söz verib KXDR nümayəndəsi BMT-ni tənqid edib
Digər ölkələr
8 Oktyabr , 2016 17:23
Şimali Koreya nüvə silahını birinci tətbiq etməməyə söz verib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Rəsmi Pxenyan nüvə silahını birinci tətbiq etməyəcək. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə KXDR nümayəndəsi BMT Baş Assambleyasının birinci komitəsinin iclasında bildirib.

"Bizim ölkəmiz Birləşmiş Ştatlardan gələn təhdidlərə görə özünümüdafiə məqsədilə nüvə silahını əldə edib və heç zaman birinci olaraq onu tətbiq etməyəcək", - deyə Şimali Koreya nümayəndəsi qeyd edib. 

Bundan başqa, o, BMT Təhlükəsizlik Şurasını Pxenyanın nüvə sınaqlarının keçirilməsini qınayaraq əsassız bəyanatlar və qətnamələr verməsinə görə tənqid edib: "Bu, BMT Nizamnaməsinə ziddir". 

Son xəbərlər

Orphus sistemi