Yuxarı

Şimali Koreya liderinin qardaşını qətlə yetirən qadının fotosu yayılıb

Şimali Koreya liderinin qardaşını qətlə yetirən qadının fotosu yayılıb
Foto gənc qadın qətli törətdikdən sonra hava limanında taksi gösləyərkən qeydə alınıb

Bakı. 15 fevral. REPORT.AZ/ Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı Malayziyada öldürməkdə şübhəli bilinən qadının fotosu yayılıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, onun şəkli təhlükəsizlik kamerasına düşüb.

Xəbərdə bildirilib ki, foto gənc qadın qətli törətdikdən sonra hava limanında taksi gösləyərkən qeydə alınıb. 

“Reuters”in məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Myanma vətəndaşı saxlanılıb. Qadının adı açıqlanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi