Şimali Koreya iki raket sınağı keçirib

Şimali Koreya iki raket sınağı keçirib Cənubi Koreya rəsmiləri raketlərin Şərq dənizinə düşdüyünü bildirir
Digər ölkələr
2 Mart , 2015 23:02

Bakı. 2 mart. REPORT.AZ/ Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə başlatdığı hərbi təlimlərə etiraz olaraq dənizə iki qısa-məsafəli raket atıb. Pxenyan düşmənlərinə qarşı “amansız zərbə” endirəcəyinə dair xəbərdarlıq edib.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, Cənubi Koreya rəsmiləri raketlərin Şimali Koreyanın liman şəhəri Nampodan 490 kilometr uzaqlıqda Şərq dənizinə düşdüyünü bildirir.

Cənubi Koreya Müdafiə Nazirliyinin mətbuat katibi Kim Min-Seok deyib ki, hadisə “silahlı etiraz kimi görünən, lakin qəsdən edilən təxribat” hesab olunur, çünki Şimali Koreya raketləri “qeyri-hərəkət zonası” təyin etmədən atıb.

Kim bildirib ki, “bizim hərbimiz və ABŞ qüvvələri nəzarət tədbirlərini artırıblar və hər hansı bir hadisə zamanı dərhal cavab verməyə hazırıq. Şimali Koreya təxribat xarakterli hərəkətlər etsə, bizim ordumuz o dərəcədə qəti reaksiya göstərəcək ki, Şimali Koreya çox təəssüflənəcək.”

Şimali Koreya uzun müddətdir Vaşinqton və Seulun iliik hərbi təlimlərini dayandırmalarını tələb edib. Şimali Koreya bu təlimləri “Şimalın işğalına hazırlıq” adlandırıb.

Son xəbərlər

Orphus sistemi