Bakı. 29 aprel. REPORT.AZ/ Şimali Koreya ehtimala görə, növbəti dəfə ballistik raketini sınaqdan keçirib.
"Report" xəbər verir ki, bu barədə şənbə günü Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb.
"Şimali Koreya bu gün səhər Pxyonan-Namdo əyalətinin Pukçxan rayonunda hələ ki, tipi məlum olmayan raket sınaqdan keçirib", - deyə agentlik Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatını sitat gətirir.
Məlumata görə, sınaq uğursuz alınıb.
CNN telekanalının Pentaqondakı mənbəyə istinadən verdiyi xəbərə görə, ABŞ-ın müdafiə idarəsi Koreya Xalq Demokratik Respublikasının ballistik raket sınaqdan keçirməsi faktını təsdiq edir.
Bundan əlavə, telekanal məlumat verir ki, buraxılan "KN-17" ballistik raketi dənizə düşənədək "bir neçə yüz mil" hərəkət edib, daha sonra havada partlayıb.