​Silvio Berluskoni 3 il müddətinə həbs olunub

​Silvio Berluskoni 3 il müddətinə həbs olunub O 2007-ci ildə bəzi senatorları satın almaqda təqsirli bilinib
Digər ölkələr
8 İyul , 2015 23:24
​Silvio Berluskoni 3 il müddətinə həbs olunub

Bakı. 8 İyul. REPORT.AZ/ İtaliyanın Neapol şəhər məhkəməsi çərşənbə günü ölkənin sabiq baş naziri Silvio Berluskonini 2007-ci ildə o zaman Romano Prodinin rəhbərlik etdiyi hökuməti devirmək üçün senatorları satın almaqda müqəssir bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.

"Report" xəbər verir ki, Prokurorluq keçmiş baş nazirin bu qalmaqallı işə görə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Neapolda Berluskoni üzərində məhkəmə prosesi 2014-cü ilin fevral ayında başlayıb. Dövlət ittihamçısının fərziyyəsinə görə, 2007-ci ildə müxalifətdə olan Berluskoni sonda onun tərəfinə keçən hakim partiyadan olan bəzi senatorların satın alınmasına bir neçə milyon avro sərf edib. O, məhz bundan sonra hökumətdə böhran yaratmağa müvəffəq olub və nəticədə baş nazir Romano Prodi 2008-ci ilin yanvarında istefa verib. 

Son xəbərlər

Orphus sistemi