Bakı. 8 sentyabr. REPORT.AZ/ Almaniya vitse-kansleri Sigmar Gabriel bildirib ki ölkəsi hər il azı 500 min sığınacaq axtaranın öhdəsindən gələ bilər.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Garbiel bildirib ki, Avropa İttifaqına üzv olan digər ölkələr də Almaniya kimi miqrant problemini bölüşməlidir.
O, qeyd edib ki, təkcə 2015-ci ildə Almaniya 800 mindən çox miqrantın gəlişini gözləyir. Bu, 2014-cü illə müqayisədə dörd dəfə çoxdur.
Əsasən Suriyadan olan miqrantlar Türkiyədən Yunanıstana, Makedoniya və Serbiyadan keçməklə Macarıstana, oradan da Avstriya və Almaniyaya uzun yol keçir.
Miqrant axını Avropa hökumətləri arasında gərginliyə səbəb olub. Macarıstanın konservativ rəhbərliyi miqrantların qarşısını almaq üçün Serbiya ilə sərhəddə hasar tikir.