Yuxarı

Si Szinpin: "Çin Tayvanın müstəqil olmasını var qüvvəsi ilə əngəlləyəcək"

Si Szinpin: "Çin Tayvanın müstəqil olmasını var qüvvəsi ilə əngəlləyəcək"
Pekin Tayvan boğazı və ona bitişik ərazilərdə sülh şəraitinin dəstəklənməsində maraqlıdır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Çin separatçı qüvvələrin qarşısını alaraq Tayvanın müstəqil olmasını bütün gücü ilə əngəlləyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Kommunist Partiyasının XIX qurultayının açılışında Çin sədri Si Szinpin deyib.

O bildirib ki, Pekin ardıcıl surətdə "bölünməz Çin" siyasətini davam etdirəcək və Tayvanın müstəqilliyinə imkan verməyəcək.

"Biz adada olan bütün mənfi xarakterli siyasi dəyişikliklərin nizamlanmasına səy göstərəcəyik. Biz bütün gücümüz ilə separatçı qüvvələrin qarşısını almaqla Tayvanın qondarma müstəqilliyinə qarşı çıxacağıq", - o əlavə edib.

Çin sədrinin sözlərinə görə, Pekin Tayvan boğazı və ona bitişik ərazilərdə sülh şəraitinin dəstəklənməsində maraqlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi