Yuxarı

Si Cinpin Çinin sədri vəzifəsinə seçilib

Si Cinpin Çinin sədri vəzifəsinə seçilib
© Foto: "AFP"

Bakı. 17 mart. REPORT.AZ/ Ümumçin Xalq Nümayəndələri Yığıncağı ikinci beş il müddətinə ölkənin sədri vəzifəsinə yeni rəhbər seçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu vəzifəyə Si Cinpin seçilib.  

Çin Xalq Respublikasının sədri gizli yolla keçirilən səsvermə ilə seçilib. Si Cinpin həmçinin yenidən Çinin Mərkəzi Hərbi Şurasının başçısı vəzifəsinə seçilib.

Səsvermənin gedişatında Çin Xalq Respublikası sədrinin müavini postuna Kommunist Partiyasının Baş Antikorrupsiya orqanının keçmiş katibi Van Çişan seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi