Yuxarı

KXDR-in raket sınağından sonra Seulda xüsusi xidmət orqanlarının təcili yığıncağı çağrılıb

​Seulda raket sınağından sonra xüsusi xidmət orqanları toplaşıb

Cənubi Koreya Prezidentinin Administrasiyası KXDR-in şənbə günü raket sınaqdan keçirməsindən sonra təhlükəsizlik xidmətinin yüksək vəzifəli şəxslərinin fövqəladə iclasını çağırıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Renhap" agentliyi Prezident Administrasiyasının təmsilçisi Kim Min Djuna istinadən məlumat verir.

Onun sözlərinə görə, yığıncağın iştirakçıları mövcud vəziyyəti izləyir və Amerika Birləşmiş Ştatları ilə yaxından informasiya mübadiləsi aparırlar.

Kim Min Djunun sözlərinə görə, iclasa administrasiyanın milli təhlükəsizlik məsələləri üzrə ofisin müdiri Çon Iy Yon başçılıq edir.

Agentlik bildirir ki, yığıncaqda müdafiə naziri Çon Gön Du və Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin direktoru So Hun iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi