Donald Trampın səfəri ərəfəsində Seulda avtomobili ABŞ səfirliyinin qapısına çarpıblar

Donald Trampın səfəri ərəfəsində Seulda avtomobili ABŞ səfirliyinin qapısına çarpıblar ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri ərəfəsində avtomobili Birləşmiş Ştatların Seuldakı səfirliyinin qapısına çarpıblar.
Digər ölkələr
25 İyun , 2019 16:11
Donald Trampın səfəri ərəfəsində Seulda avtomobili ABŞ səfirliyinin qapısına çarpıblar
AFP 2019 / Jung Yeon-Je

ABŞ prezidenti Donald Trampın Cənubi Koreyaya səfəri ərəfəsində avtomobili Birləşmiş Ştatların Seuldakı səfirliyinin qapısına çarpıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat verib.

Bildirilib ki, heç kim xəsarət almayıb, sürücü - təxminən 40 yaşlı kişi saxlanılıb.

YTN telekanalının verdiyi məlumatda isə avtomobildə içərisində onlarla qaz balonu olan qutu aşkar edilib.

Polis səfirliyin qapısına çarpılan avtomobilin sürücüsünün hadisəni hansı motivlərlə törətdiyini araşdırır.

Son xəbərlər

Orphus sistemi