​Səudiyyə Ərəbistanında partlayış nəticəsində 4 nəfər ölüb

​Səudiyyə Ərəbistanında partlayış nəticəsində 4 nəfər ölüb Hadisə ölkənin şərq vilayətinin mərkəzi əd-Dammamda şəhərində baş verib
Digər ölkələr
29 May , 2015 16:59
​Səudiyyə Ərəbistanında partlayış nəticəsində 4 nəfər ölüb

Bakı. 29 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanında cümə namazı zamanı məscidin yaxınlığında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Xəbərə görə, hadisə ölkənin şərq vilayətinin mərkəzi əd-Dammamda şəhərində baş verib.

Məlumata əsasən, qadın paltarı geyinən intiharçı özünü məscidin qadınlara aid hissəsində partlatmaq istəyib. Ancaq mühafizəçilər onu saxlayıb. O da özünü məscidin yaxınlığında partladıb. Xəbərdə bildirilib ki, partlayış nəticəsində 4 nəfər, o cümlədən intiharçı da ölüb.

Qeyd edək ki, bu yaxınlarda ölkənin şərqində yerləşən əl-Katıf rayonunun əl-Kodeyh qəsəbəsindəki məsciddə intiharçının özünü partlatması nəticəsində 21 nəfər ölmüş, yüzdən çox insan yaralanmışdı.

Terror hadisəsinin məsuliyyətini İŞİD öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi