Səudiyyədə dünyanın 100 varlı şəxsindən biri olan şahzadə azadlığa buraxılıb

Səudiyyədə dünyanın 100 varlı şəxsindən biri olan şahzadə azadlığa buraxılıb "Forbes" Əl-Valid ibn Taləlin sərvətini 17,4 mlrd. dollar qiymətləndirir
Digər ölkələr
28 Yanvar , 2018 03:55
Səudiyyədə dünyanın 100 varlı şəxsindən biri olan şahzadə azadlığa buraxılıb

Bakı. 28 yanvar. REPORT.AZ/ 2017-ci ilin noyabrında korrupsiyada şübhəli bilinərək həbs olunan Səudiyyə şahzadəsi Əl-Valid ibn Taləl yanvarın 27-də azadlığa buraxılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, şahzadə geniş anti-korrupsiya araşdırması aparan prokurorluqla saziş bağladıqdan sonra sərbəst buraxılıb.

Sazişin şərtləri açıqlanmır.

"Forbes" onun sərvətini 17,4 mlrd. dollar səviyyəsində qiymətləndirir və dünyanın ən varlı insanları sırasında 79-cu yerdə müəyyən edib.

Son xəbərlər

Orphus sistemi