Səudiyyə vəliəhdi jurnalistin qətlindən sonra ilk dəfə xaricə səfər edəcək

Səudiyyə vəliəhdi jurnalistin qətlindən sonra ilk dəfə xaricə səfər edəcək Bakı. 20 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ilk dəfə xarici ölkəyə rəsmi səfər edəcək.
Digər ölkələr
20 Noyabr , 2018 14:08
Səudiyyə vəliəhdi jurnalistin qətlindən sonra ilk dəfə xaricə səfər edəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra ilk dəfə xarici ölkəyə rəsmi səfər edəcək.

“Report” “THMHaber”ə istinadən xəbər verir ki, bunu krallığın energetika naziri Xalid Əbdüləziz əl-Falih bildirib.

Onun sözlərinə görə, vəliəhd noyabrın 30-dan dekabrın 2-dək Argentinda keçiriləcək “G-20”liyin zirvə toplantısına qatılacaq. O, Məhəmməd bin Salmanın Argentinadan başqa daha hansı ölkələrə gedəcəyi ilə bağlı məlumat verməyib.

Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı öldürülüb.

Son xəbərlər

Orphus sistemi