Səudiyyə kralına görə Britaniya bayrağının endirilməsi tənqid olunur

Səudiyyə kralına görə Britaniya bayrağının endirilməsi tənqid olunur Səudiyyə kralının vəfatı ilə bağlı Britaniya dövlət bayraqlarının endirilməsi tənqid edilir
Digər ölkələr
25 Yanvar , 2015 09:59
Səudiyyə kralına görə Britaniya bayrağının endirilməsi tənqid olunur

BAKI. 25 yanvar. REPORT.AZ/ Böyük Britaniyada hökumət binaları ilə Bukingem Sarayında Səudiyyə kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar dövlət bayraqlarının endirilməsi britaniyanın müxtəlif siyasi partiyalarını təmsil edən siyasətçilər tərəfindən kəskin tənqid edilib.

"Report" Azadlıq Radiosuna istinadla xəbər verir ki, vəliəhd şahzadə Çarlz və baş nazir Devid Kameronun kral Abdullah bin Əbdüləziz Al Səudun yas mərasimində iştirak etmək məqsədi ilə Səudiyyə Ərəbistanında olduqları bir vaxtda, Britaniyanın daxilində dövlət bayraqlarının endirilməsi qərarı birmənalı qarşılanmayıb.

Bir sıra tanınmış siyasətçilər və insan haqları müdafiəçiləri "ifadə azadlığını və qadınların hüquqlarını kobud şəkildə pozan, İslam ekstremizinə rəvac verən bir ölkənin" rəhbərinə bu qədər ehtiram göstərilməsinin başa düşülmədiyini bildiriblər.

Məsələn, Şotlandiya mühafizəkarlarının lideri Ruth Davidson bayraqların endirilməsini “ikrah hissi doğuran cəfəngiyyat” adlandırıb.

UKİP partiyasından millət vəkili Duqlas Karsvel isə deyib ki, bayraqların endirilməsi “hökumət binalarında oturanların mənəviyyatsızlıq dəyərlərinin Britaniya ictimai dəyərlərindən fərqli olduğunu göstərir”.

Qeyd edək ki, Baş nazirin iqamətgahı, parlament binası və Vestminister Abbatlığı üzərində də dövlət bayraqları endirilib.

Son xəbərlər

Orphus sistemi