Yuxarı

Hindistanın Baş naziri Səudiyyə vəliəhdini qarşılayarkən protokolu pozub

Səudiyyə Ərəbistanının vəliəhdi Hindistana səfər edib

Bakı. 20 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman fevralın 20-də Hindistana səfər edib.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, onun səfəri iki gün davam edəcək.

Bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi protokolu pozaraq Yeni Dehlidə Məhəmməd bin Salmanı qarşılayıb. Hindistan Prezidenti Ram Nas Kovind tərəfindən vəliəhd rəsmi mərasimlə qarşılanıb.

“Bu əlaqələrin iki ölkənin yaxşılığı üçün davam və inkişaf etdiriləcəyinə əmin olmaq istəyirik. Prezident və Baş nazirin liderliyi ilə Səudiyyə Ərəbistan və Hindistan üçün gözəl işlər görə biləcəyimizə əminəm. Hindistana 100 milyard dollardan çox investisiya qoymaq üçün əlverişli biznes mühiti yaranıb”, - deyə Məhəmməd bin Salman vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi