Yuxarı

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Əsədin Suriya hakimiyyətində qalmasına razılaşıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Əsədin Suriya hakimiyyətində qalmasına razılaşıb
Bu günədək Ər-Riyad bəyan edirdi ki, Əsəd hakimiyyətdən getməlidir

Bakı. 31 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman bildirib ki, Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən getməyəcək və mühüm olan onun İran maraqlarının bələdçisi olmamasıdır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Səudiyyə siyasətçisi bunu Amerikanın "Time" jurnalına müsahibəsində deyib.

"Bəşər Əsəd qalacaq. Lakin mən inanıram ki, Bəşərin maraqlarına iranlıların istədiklərini etmələrinə izn vermək daxil deyil", - deyə vəliəhd bildirib.

Bu günədək Ər-Riyad bəyan edirdi ki, Əsəd hakimiyyətdən getməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi