Səudiyyə Ərəbistanının şimalına qar yağıb - FOTO

Səudiyyə Ərəbistanının şimalına qar yağıb - FOTO Səudiyyə Ərəbistanın şimalındakı Cəbəl əl-Lauz dağlıq rayonunda qar yağıb
Digər ölkələr
18 Fevral , 2019 15:22
Səudiyyə Ərəbistanının şimalına qar yağıb - FOTO

Bakı. 18 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanın şimalındakı Cəbəl əl-Lauz dağlıq rayonunda qar yağıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli sakinlər artıq kirşələrin, xizəklərin kirayəyə verilməsi üzrə məntəqələr də açıb.

Sosial şəbəkələrdə yayılmış şəkillərdə ənənəvi uzun köynəklərdə və baş geyimində olan bədəvilərin əldəqayırma xizəklərlə sürüşdüyü, hətta yarışlar keçirdiyi görünür. Uşaqlar da qardan müxtəlif fiqurlar düzəldir, qartopu oynayırlar.

Dəniz səviyyəsindən 2,5 min metr yüksəklikdə yerləşən Cəbəl əl-Lauz rayonunda oxşar vəziyyət ikinci ildir təkrar olunur.

Son xəbərlər

Orphus sistemi