Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücum olub.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih bildirib.
Onun sözlərinə görə, hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb.
Hücumu Yəməndə İranın dəstəklədiyi hüsi qiyamçılarının etdiyi ehtimal olunur.