Yuxarı

Səudiyyə Ərəbistanının Ciddə şəhərində güclü yanğın baş verib - FOTO

Səudiyyə Ərəbistanının Ciddə şəhərində güclü yanğın baş verib - FOTO
Yanğın nəticəsində Ciddə şəhərinin tarixi hissəsində dörd binaya ziyan dəyib

Bakı. 16 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının qərbində yerləşən Ciddə şəhərinin tarixi hissəsində çərşənbə gününə keçən gecə güclü yanğın baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər ki, yanğın nəticəsində dörd binaya ziyan dəyib.

Mülki Müdafiə Xidmətindən verilən məlumata görə, tarixi Əl-Balyad ərazisində yanğının söndürülməsi üçün 12 yanğınsöndürmə briqadası iştirak edib. Yanğın zamanı heç kim xəsarət almayıb. Qonşu bölgələrdə yaşayanlar təxliyyə olunublar.

Hələlik yanğının başvermə səbəbi və dəyən ziyanın miqyası məlum deyil.

Qeyd edək ki, Ciddənin tarixi hissəsi 2014-cü ildə YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi