Səudiyyə Ərəbistanının büdcə kəsiri 98 milyard dollar təşkil edib

Səudiyyə Ərəbistanının büdcə kəsiri 98 milyard dollar təşkil edib Bu, ölkə tarixində rekord göstəricidir
Digər ölkələr
28 Dekabr , 2015 16:42
Səudiyyə Ərəbistanının büdcə kəsiri 98 milyard dollar təşkil edib

Bakı. 28 dekabr. REPORT.AZ/ 2015-ci ildə Səudiyyə Ərəbistanının büdcə kəsiri 98 milyard dollar təşkil edib. "Report" xəbər verir ki, bu, ölkə tarixində rekord göstəricidir.

Bu barədə məlumatı Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinə istinadən AFP yayıb.

Nazirliyin nümayəndələri ər-Riyadda təşkil etdiyi mətbuat konfransında bildirib ki, 2015-ci ilin gəlirləri 608 milyard rial (162 milyard dollar) məbləğində qiymətləndirilir. Xərclər isə 975 milyard rial (260 milyard dollar) təşkil edib.

Son xəbərlər

Orphus sistemi