​Səudiyyə Ərəbistanında terrorçuluqda şübhəli bilinən 9 ABŞ vətəndaşı saxlanılıb

​Səudiyyə Ərəbistanında terrorçuluqda şübhəli bilinən 9 ABŞ vətəndaşı saxlanılıb Ümumilikdə 33 nəfər şübhəli şəxs həbs olunub
Digər ölkələr
31 Yanvar , 2016 19:11
​Səudiyyə Ərəbistanında terrorçuluqda şübhəli bilinən 9 ABŞ vətəndaşı saxlanılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Səudiyyə Ərəbistanı hakimiyyəti son həftə ərzində terrorçuluqda şübhəli bilinən və aralarında xaricilərin, eləcə də ABŞ və Qazaxıstan vətəndaşlarının olduğu 33 nəfəri saxlayıb.

"Report" xəbər verr ki, bu barədə "Saudi Gazette" nəşri yazıb.

Qəzet mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanları 9 Amerika, bir Qazaxıstan vətəndaşını, həmçinin iki suriyalı, bir indoneziyalı və bir filippinlini saxlayıblar. Onların arasında 14 Səudiyyə vətəndaşı, 3 Yəmən sakini, bir BƏƏ vətəndaşı və bir fələstinli də var.

Ötən cümə iki kamikadze namaz zamanı Səudiyyənin Əl-Əxsa əyalətinin Məhasin rayonu ərazisində yerləşən İmam Rıza məscidinə daxil olmağa cəhd göstərib. Təhlükəsizlik orqanları əməkdaşları onları yaxalaya bilib, ardınca kamikadzelərdən biri məscidin girişində özünü partladıb və atışma başlayıb. Asayiş keşikçiləri ikinci canini saxlaya biliblər və onun üzərindən "kamikadze kəməri" çıxıb.

Terror aktı nəticəsində 4 nəfər ölüb və 3-ü hüquq mühafizəçisi olmaqla 36 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi