Səudiyyə Ərəbistanında tələbələrə universitet ərazisinə cib telefonu gətirməyə icazə verilib

Səudiyyə Ərəbistanında tələbələrə universitet ərazisinə cib telefonu gətirməyə icazə verilib Ali təhsil sahəsində islahatlar bununla bitməyib
Digər ölkələr
3 Oktyabr , 2017 20:24
Səudiyyə Ərəbistanında tələbələrə universitet ərazisinə cib telefonu gətirməyə icazə verilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında tələbələrə universitetlərin ərazisinə cib telefonu ilə daxil omağa icazə verilib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının maarif naziri Əhməd əl-İsa bu qadağanı ləğv edib.

Nazir valideynlərin bu qərara etiraz etmələri səbəbindən belə bir qadağanı aradan qaldırıb.

Əhməd əl-İsa bildirib ki, tələbələr kifayət qədər məsuliyyətlidir və onlara etimad göstərmək olar: “Bəzi ailələrin vəziyyəti də bunu tələb edir. Tələbələrin çoxu ailəsi ilə davamlı olaraq əlaqə saxlayır”.

Ali təhsil sahəsində islahatlar bununla bitməyib. Belə ki, saat 11-dək dərsləri başa çatan tələbələr universitet ərazisini tərk etmək üçün valideynlərindən icazə almalı idilər. Ancaq indi bu icazəyə ehtiyac olmayacaq. Onlar dərslər başa çatan kimi universitet ərazisini tərk edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi