Yuxarı

Səudiyyə Ərəbistanında baş verən yol qəzasında onlarla zəvvar həlak olub

​Səudiyyə Ərəbistanında baş verən yol qəzasında onlarla zəvva həlak ol

Səudiyyə Ərəbistanında ağır yol qəzası baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, zəvvarları daşıyan avtobus yük avtomobili ilə toqquşub. Toqquşmadan sonra avtobus tamamilə yanıb.

Qəza nəticəsində azı 36 zəvvar həlak olub. Zəvvarların Asiya və Yaxın Şərq ölkələrindən olduğu bildirilir.

Hadisə zamanı avtobusda 39 nəfər olub. Onların 3-ü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi