Səudiyyə Ərəbistanında 4 ekstremist edam edilib

Səudiyyə Ərəbistanında 4 ekstremist edam edilib Onlar Əl-Katif rayonunda çoxsaylı terror aktları törətməkdə ittiham ediliblər
Digər ölkələr
11 İyul , 2017 21:34
Səudiyyə Ərəbistanında 4 ekstremist edam edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi ölkənin hakimiyyət orqanlarının 4 ekstremisti edam etdiyini açıqlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar Əl-Katif rayonunda çoxsaylı terror aktları törətməkdə ittiham ediliblər. 

Qeyd edək ki, müxalif gənclərdən ibarət qruplaşmalar polis patrullarına əldəqayırma partlayıcı qurğular atmaqla tez-tez təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücumlar edirlər. Ötən həftə silahlılar Əl-Katifdə təhlükəsizlik qüvvələrinə hücum ediblər. Nəticədə 1 hərbçi həlak olub, daha 6 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi