Səudiyyə Ərəbistanına 4 Quantanamo məhbusu göndərilib

Səudiyyə Ərəbistanına 4 Quantanamo məhbusu göndərilib Onlar "Əl-Qaidə" və "Taliban"ın tərkibində ABŞ-a qarşı döyüşüblər
Digər ölkələr
6 Yanvar , 2017 03:54
Səudiyyə Ərəbistanına 4 Quantanamo məhbusu göndərilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Pentaqon cümə axşamı Quantanamo hərbi həbsxanasından 4 məhbusun Səudiyyə Ərəbistanına köçürülməsi faktını rəsmən təsdiq edib.

"Report" xəbər verir ki, Ər-Riyada Səlim Əhməd Hadi ibn Kanad, Sadiq Əbu Qənim, Abdulla Yəhya Yusif əş-Şibli və Məhəmməd Əli Abdullar Bvazir təhvil verilib.

Səlim Əhməd Hadi ibn Kanad 2002-ci ildə Əfqanıstanda ABŞ-a əsir düşüb. O, Yəməndən Əfqanıstana gələrək "Taliban"a qoşulub və ABŞ-a qarşı vuruşub.

Əbu Qənim "Əl-Qaidə"nin üzvü olub və Üsamə bin Ladenin mühafizəçisi işləyib.

Məhəmməd Bvazir və Əş-Şibli də "Əl-Qaidə"nin üzvü olub və Amerika əsgərlərinə qarşı vuruşduqlarını etiraf ediblər,

Son xəbərlər

Orphus sistemi