Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırıb Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Livana getməməyi də tövsiyə edib
Digər ölkələr
9 Noyabr , 2017 21:50
Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin rəsmi "SPA" agentliyi yayıb.

"Livan respublikasında mövcüd vəziyyətlə əlaqədar olaraq, Səudiyyə Ərəbistanı öz vətəndaşlarını bu ölkəni mümkün qədər tez tərk etməyə xahiş edib", - deyə xəbərdə bildirilir. Məlumatda həmçinin deyilir ki, Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Livana getməməyi də tövsiyə edib. 

Qeyd edək ki, ötən şənbə Livanın baş naziri Səad Həriri Ər-Riyadda səfərdə olarkən istefa verdiyini açıqlayıb. O, özünə qarşı süi-qəsdin hazırlandığını, Livan və ərəb dünyasında beynəlxalq ədavətin İran və Hezbullah təşkilatı tərəfindən qızışdırıldığını açıqlayıb.

Hezbullah rəhbərliyi livanlı baş nazirin istefası səbəblərini Səudiyyə Ərəbistanında axtarmağın məqsədəuyğun oldunu bildirib. İran XİN-i isə ölkəyə qarşı ünvanlanan ittihamları əsassız adlandırıb.  

Son xəbərlər

Orphus sistemi