Səudiyyə Ərəbistanı Qətəri Suriyaya qoşun yeritməyə çağırıb

Səudiyyə Ərəbistanı Qətəri Suriyaya qoşun yeritməyə çağırıb Bakı. 25 aprel. REPORT.AZ/ Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, öz qoşununu Suriyaya yeritməlidir.
Digər ölkələr
25 Aprel , 2018 04:15
Səudiyyə Ərəbistanı Qətəri Suriyaya qoşun yeritməyə çağırıb

Bakı. 25 aprel. REPORT.AZ/ "Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, öz qoşununu Suriyaya yeritməlidir".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib.

O, bildirib ki, Qətər Suriyada Amerika qoşunlarının olmasına dəstək verməli və Amerika prezidentinin əmirliyin müdafiəsindən imtina etməsinə qədər öz qoşunlarını Suriyaya göndərməlidir.

Nazirin sözlərinə görə, əgər ABŞ Qətərin təhlükəsizliyinin təminatını dayandırsa, bu ölkədəki rejim azı bir həftə ərzində devriləcək.

Son xəbərlər

Orphus sistemi