Yuxarı

ABŞ ilə Səudiyyə Ərəbistanı neft müəssisələrinə yeni hücum riskini azaltmağı müzakirə edirlər

Səudiyyə Ərəbistanı neft müəssisələrinə hücum risqi müzakirə olunur

ABŞ Mərkəzi Komandanlığı Səudiyyə Ərəbistanındakı neft müəssisələrinə bu günlərdə törədilən hücumlarla bağlı və gələcəkdə belə halların qarşısını almaq haqqında həmin ölkənin müvafiq qurumları ilə müzakirələr aparır.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder bildirib.

“Başqa bir ölkənin hava hücumundan müdafiə sisteminin konkret təfərrüatlarını müzakirə etmək mənim üçün yersiz olardı. Yalnız deyə bilərəm ki, bu vəziyyətdə açıq şəkildə neft obyektlərinə hücum olub. ABŞ (Silahlı Qüvvələr) Mərkəzi Komandanlığı Səudiyyə Ərəbistanı ilə gələcəkdə hücum riskini azaltmağın mümkün yollarını müzakirə etmək üçün məsləhətləşmələr aparır. Bu gün müzakirə ediləcək mövzuların detalları barədə ətraflı məlumat verməyəcəm.

Bölgədə tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq edirik. Məsələn, cənub sərhədlərini husilərin hücumundan qoruyuruq. Ölkənin şimal hissəsində riskləri azaltmaq üçün nə edə biləcəyimiz barədə onlarla danışıqlar aparırıq”, deyə əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi