Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa başlayıb

Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa başlayıb Bakı. 9 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı təxminən iki illik ixtisardan sonra neftin hasilatını yenidən artırmağa başlayıb.
Digər ölkələr
9 İyun , 2018 07:34
Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa başlayıb

Bakı. 9 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı təxminən iki illik ixtisardan sonra neftin hasilatını yenidən artırmağa başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Rəsmi şəxslər arasındakı mənbə nəşrə bildirib ki, krallıq mayda neftin gündəlik hasilatını 100 min bareldən çox artırıb. Beləcə gündəlik hasilat 10 milyon barelə çatıb.

Səudiyyə Ərəbistanının müvafiq orqanları bu ay neftin gündəlik hasilatını daha 100 min barel artırmağı planlaşdırırlar. "Bu addım bazarlardakı narahatlığı azaltmağa imkan verir", - deyə mənbələrdən biri deyib.

Mənbə narahatlığın İranın neft hasilatı ilə bağlı olduğunu təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi