Səudiyyə Ərəbistanı kralının varisi ABŞ prezidenti ilə görüşəcək

Səudiyyə Ərəbistanı kralının varisi ABŞ prezidenti ilə görüşəcək Onun ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşü də nəzərdə tutulub
Digər ölkələr
13 Mart , 2017 11:21
Səudiyyə Ərəbistanı kralının varisi ABŞ prezidenti ilə görüşəcək

Bakı. 13 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı kralının varisi, müdaifə naziri şahzadə Məhəmməd bin-Salman əl-Səud ABŞ prezidenti Donald Trampla görüşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi yayıb.

Müdafiə naziri martın 13-də ABŞ-a yola düşüb.

Məlumata görə, varisin ABŞ-ın Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşü də nəzərdə tutulub.

İnformasiyaya əsasən, Məhəmməd bin-Salman əl-Səudun ABŞ-da ikitərəfli münasibətlərə, eləcə də bölgədəki vəziyyətə dair məsələləri müzakirə edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi