Yuxarı

Səudiyyə Ərəbistanı Beynəlxalq Dəniz Təhlükəsizliyi Koalisiyasına qoşulub

​Səudiyyə Ərəbistanı Dəniz Təhlükəsizliyi Koalisiyasına qoşulub

Səudiyyə Ərəbistanı Beynəlxalq Dəniz Təhlükəsizliyi Koalisiyasına qoşulub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Beynəlxalq dəniz təhlükəsizliyi strukturunun fəaliyyət sahəsi Hörmüz və Bab-əl-Məndəb boğazlarını, Oman və Fars körfəzlərini əhatə edir. Koalisiyaya ABŞ rəhbərlik edir.

Səudiyyə Ərəbistanının koalisiyaya qoşulmasının əsas məqsədi dəniz gəmiçiliyi və dünya ticarətini dəstəkləmək, ona qarşı yönələn təhdidlərin qarşısını almaqdır. Bundan əlavə, Səudiyyə tərəfi qlobal enerji təhlükəsizliyini və dünya iqtisadiyyatına kəsintisiz enerjidaşıyıcı axınını təmin etməyə çalışır.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanın iki neft obyektində pilotsuz aparatların hücumu nəticəsində yanğınlar baş verib. Neft sahəsində ən böyük ixracatçı və üç ən böyük istehsalçıdan biri olan ölkə hücumdan sonra hasilatı 50%-dən çox azaltdığını açıqlayıb. Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının döyüşdüyü yəmənli üsyançılar - husilər neft yataqlarına onların döyüşçülərinin pilotsuz uçuş aparatlarla hücum etdiklərini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi